Silahlı insidentdə şübhəli bilinən 3 nəfər SAXLANILIB

Cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.

“Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək” – deyə bildirilib.

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insident baş verib. Nəticədə 2 nəfər xəsarət alıb.