Əliyev-Paşinyan görüşünə ABŞ-dan REAKSİYA

“ABŞ Dövlət Departamenti Bakı ilə İrəvan arasında inkişafa nail olmaq üçün açıq dialoqa dəyər verir”.

Globalinfo.az xəbər verir ki, bunu “Amerikanın Səsi”nin erməni xidmətinə ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyə nümayəndəsi deyib.

“Biz sülh müqaviləsi ilə bağlı tərəflər arasındakı danışıqlarda, o cümlədən liderlərin Kişinyov görüşündə inkişafın davam etməsindən məmnunuq. Açıq dialoq inkişaf, həmçinin nəzər nöqtələrinin tam anlaşılması üçün vacibdir. Biz gələcəkdə də dayanıqlı sülhün əldə edilməsi işində tərəfləri dəstəkləyəcək və dialoqu genişləndirəcəyik”, – açıqlamada bildirilib.

Qeyd edək ki, dünən Moldovada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə beştərəfli görüş baş tutub. Tərəflər iyun 21-də Brüsseldə yenidən görüşmək qərarı alıblar. Üstəlik, iyunun 12-də xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşü planlaşdırılıb.

İlkin Həsənov
Globalinfo.az