Çin sədri Si Cinpin Qazaxıstana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər iyunun 16-17-də baş tutacaq.
“Görüş Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə reallaşacaq. Səfər zamanı Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı planlaşdırılır”, – deyə bildirilib.