Şeyxin namaz möhürü gündəm oldu – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb.

Globalinfo.az “Yeni Sabah”a istinadən bildirir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Şeyxülislamın ibadət zamanı istifadə etdiyi namaz möhürü böyüklüyünə görə hər kəsi təəccübləndirib. Belə ki, möhür standart möhürlərdən xeyli iri olub.

Görüntü sosial şəbəkələrdə paylaşılıb və müzakirə obyektinə çevrilib.