“Saat 8:00-a olan məlumata görə, sərhəddə vəziyyət nisbətən sabitdir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 11 aprel döyüşlərindən sonra erməni tərəfi ərazi itkisi verməyib.
Yaralı erməni hərbçilərdən üçünün vəziyyəti qənaətbəxş, digərlərinin durumu isə orta-ağır dəyərləndirilir.
Qeyd edək ki, Teleqramın ermeni seqmentində Azərbaycanın Ermənistanın suveren ərazisinə girdiyi iddia edilirdi. Ermənistan MN-in də açıqlamasından görünür ki, Azərbaycan Ordusunun belə bir məqsədi olmayıb.
Tamerlan Yayaqan
Globalinfo.az