Sərhəddə 35 erməni əsgər zəhərləndi – YENİLƏNİB

Erməni mediası əsgər analarına istinadla, zəhərlənənlərin sayının 35-ə qalxdığını bildirib.

Qeyd edilib ki, xəstəxanalara daha 25 əsgər zəhərlənmə diaqnozu ilə yerləşdirilib.

***

Avqustun 24-də Basarkeçərdəki hərbi hissələrindən birində on əsgər zəhərlənib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Əsgərlərdən birinin atası mediaya açıqlamasında ildirib ki, onların yeməkdən zəhərləndiyini düşünür.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə yalnız bir əsgərin zəhərləndiyini, onun da artıq xəstəxanadan buraxıldığını iddia edib.