Separatçı liderlərin Bakıda məhkəməsi bu cür keçirilməlidir – Təklif

 

“Biz qalib gəlmişik. Qarabağ işğaldan azad olunub. Bu böyük bir tarixi zəfərdir. Lakin ədalət tam bərpa olunmayıb”.

Bu sözləri Globalinfo.az-a deputat Fazil Mustafa Qarabağda qondarma rejimin “prezidenti” olmuş Araik Arutyunyanın Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsi ilə Azərbaycan tarixi qələbə qazansa da ədalət tam olaraq bərpa olunmadı:

Fazil Mustafa

“Qələbə bizə sadəcə topaqlarımız ilə bağlı ədaləti bərpa etdirdi. Lakin təcavüzə məruz qalan, yaralanan, həyatını, yaxınlarını itirən 10 mindən artıq insanımız üçün ədalət tam təmin olunmayıb.

Mütləq şəkildə Arayik Arutyunyan və digər separatçı liderlər ədalət qarşına çıxarılıb mühakimə edilməldiir. Bu gün biz onların həbsi, saxlanılması xəbərlərini eşidirik. Bütün bunlar müsbət hadisələrdir. İndiki məqamda onların məhkəmə qarşısına çıxarılaraq haqlarında cəza təbdirlərinin görülməsi vacibdir.

Necə ki, İkinci Dünya müharibəsinin qalib müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945-1949-cu illərdə Nürnberq prosesi başladı, rəsmi Bakı da separatçı liderlər ilə bağlı bənzər prosesə start verməlidir. Yalnız bu zaman biz əsl ədalətin bərpasından danışa bilərik”.

Turan Rzayev
Globalinfo.az