Sənədləri çatışmayan 22 uşaq təhsil ala biləcək? – AÇIQLAMA

Azərbaycan Uşaqlar Birliyindən Elm və Təhsil Nazirliyinə göndərilən məktub nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.

Bu barədə Globalinfo.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, rəhbərliyin tapşırığına uyğun olaraq, müvafiq sənədlərinin çatışmaması səbəbindən təhsildən kənarda qalmış 22 uşağın yeni tədris ilindən təhsil almaq hüququ təmin olunacaq.

Həmin siyahıda adı keçən bir qrup uşağın fərdi təhsilə cəlb edilməsi ilə bağlı da araşdırma davam etdirilir.

Qısa zamanda aidiyyəti dövlət qurumları ilə uşaqların şəxsiyyətini təsdiq edən sənədlərin əldə edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.