Şəmkirdə məktəbli bıçaqlandı: tutulan var

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, 7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M. Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaralının yaxınlarının dediyinə görə, hadisə M. Qasımov məktəbdən qayıdan zaman baş verib.

Onu tanımadığı şəxs bıçaqlayıb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M. Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü. Mehdiyev saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Araşdırma davam etdirilir.