“Sədərək”də mağazaya basqın edən bu şəxs imiş – FOTO

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.