Mərkəzi Afrika Respublikası qarşıdan gələn ümumi seçkilər zamanı təhlükəsizliyin təmin edilməsi üçün Rusiyadan və BMT-nin ölkədəki nümayəndələrindən kömək istəyib.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Klod Rameau Birau açıqlayıb.
O, Moskvadan təhlükəsizliklə yanaşı, seçkilərin təşkili üçün də yardım istənildiyini bildirib.
“Bizim digər məsələlərlə yanaşı maddi-texniki dəstəyə də ehtiyacımız var. Ərazi seçki komissiyalarının üzvlərinin yerləşdiyi yerə daşınması, seçki qutularının, seçki bülletenlərinin çatdırılması və s. üçün kömək lazımdır”, – nazir qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az