sarl misel 1

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Bütün əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün Kiyevdəyəm”, – diplomat bildirib.

Ş.Mişel həmçinin 2023-cü ilin qələbə və sülh ili olmasını arzulayıb.

Aİ Şurası Prezidentinin bir sıra rəsmi şəxslər, o cümlədən Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşü gözlənilir.

Paylaş: