Sərkisyan hakimiyyətə qayıdır? – Xocalı qatilindən qəribə cavab

“Biz Hərəkatı dəstəkləyirik və bunun Ermənistandakı mübarizə ilə bağlı olduğunu bilirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan deyib.

“Hərəkatın arxasında Sərkisyan və Köçəryan dayanır” iddiasına Xocalı qatili belə cavab verib:

“Onlar istədiklərini deyə bilərlər. Onların dedikləri nə Müqəddəs Kitabdan sitatlardır, nə də diqqəti cəlb etmək üçün nəzərdə tutulmuş fikirlərdir. Əgər bizim yenidən hakimiyyətə qayıdacağımızdan qorxurlarsa, o zaman ənənəvi üsullardan istifadə etməyi məsləhət görürəm: ya qorxularını götürsünlər, ya da soyuq su içsinlər. İstədiklərini edə bilərlər”, – Sərkisyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az