Samuxda faciə: gənc sürücü öldü

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21074” markalı minik maşını körpüyə çırpılıb.

Qəza zamanı sürücü 1998-ci il təvəllüdlü Setdam Mirzəyev xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.