Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan iyunun 4-ü səhər saatlarında Ermənistan İstintaq Komitəsində dindirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.
Şahramanyanın vəkili Roman Yeritsyan separatçıların liderinə qarşı heç bir ittihamın irəli sürülmədiyini bildirib:
“Samvel Şahramanyan 2023-cü ildən bəri başlanmış üç iş üzrə yalnız şahid kimi dindirilib. Son 2 həftə ərzində artıq 4 dəfə ifadə verməyə çağırılıb. Bu cinayət işləri “artsax”ın Azərbaycanın nəzarətinə keçməsi, müharibə zamanı hərbi məmurların səhlənkarlığı, həmçinin düşmənə silah və sursatların verilməsi ilə bağlıdır”.
Əliyar Xəlil
Globalinfo.az