Şahbaz Şərif Azərbaycana gəlir

Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri gözlənilir.

Globalinfo.az bildirir ki, bu barədə Modern.az-a diplomatik mənbədən məlumat daxil olub.

Səfərin dəqiq tarixi açıqlanmasa da, yaxın günlərdə baş tutacağı bildirilir.

Məlumata görə, Şahbaz Şərifin Azərbaycana səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.