Sabah bu ərazilərdə qaz olmayacaq

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsal Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin bildirilib ki, Quba rayonunun Nügədi kəndində istismarda olan d-219 mm-lik qaz xəttində, Samux rayonunun Ziyadlı, Qovlarsarı və İstixana kəndlərindəki qaz xəttində, Saatlı rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE orta təzyiqli “Qarayevkənd” yeraltı qaz kəmərində “Təmiz-Qaz” QSC tərəfindən aşkar edilmiş sızmalarının ləğvi ilə əlaqədar 05.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Belə ki, təmir- bərpa işləri görülən Quba, Samux və Saatlı rayonlarının bir hissəsinin qaz təminatında da fasilə yaranacaq.