Sabah bu ərazilərdə qaz olmayacaq

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmasının ləğvi və qeyri-yaşayış sahəsinə çəkilməsi, qaz xəttinin qaz təchizatına birləşdirilməsi məqsədilə 27.02.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd olunub ki, təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin bildirilib ki, “Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara “Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış “Şəhər kollektoru”nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 27.02.2024-cü il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Belə ki, təmir işləri aparılan müddətdə Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.