
Bakının Xətai rayonunun ümumilikdə 5 küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu Cavanşir küçəsindəki qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 18.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Məhəmməd Hadi, Çingiz Kərimov, Xudu Məmmədov, Rahib Məmmədov və Cavanşir küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
***
Sabah İmişlinin 19, Biləsuvarın 11 yaşayış məntəqəsində qaz kəsiləcək.
Globalinfo.az xəbər verir ki, diametri PE 315 mm-lik “Qəsəbə” və diametri PE 225 mm-lik “Aranlı” orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, 18 sentyabr saat 09:00-dan etibarən sınaq işləri yekunlaşana qədər İmişli rayonunun 19 kəndində və Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 qəsəbədə (ümumi 10 364 abonent) “Otuzikilər” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir”, – Azəriqaz İB-dən bildirilib.