Sabah bu ərazilərdə qaz olmayacaq

Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 21.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.

Bu barədə Globalinfo.az-a “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə DSK yolu, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonu üzrə MİDA yaşayış kompleksinin, Xəzər rayonu üzrə Kənd Buzovna adlanan ərazinin və Buzovna qəsəbəsinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsi, Subtropik Sovxozu adlanan ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin mayın 21-dən 23-nə qədər Şəmkir şəhərində və bir neçə kəndlərində də qaz olmayacaq.

Bildirilib ki, bəzi texniki səbəblərdən 21-may, saat 9:00-dan mayın 23-nə dək Şəmkir AQPS-dən qidalanan Şəmkir şəhəri, Dəllər qəsəbəsi, Dəllər Cəyir, Dəllər Daşbulaq və Dəllər Cırdaxan kəndlərində qaz təchizatında fasilə yaranacaq.