Sabah bu ərazilər QAZSIZ QALACAQ

SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən “1 Saylı QNAS Qaraçuxur” magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15.12.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qaraçuxur əhali” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Globalinfo.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsinin, MİDA yaşayış kompleksinin, həmçinin Bahar, Zığ Bağları, Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.