Bu barədə Globalinfo.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Mərdəkan Yeni, Stansiya Qala yaşayış massivlərinin, Şüvəlan qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.