Sədr müavini: “Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq”

Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq.

Globalinfo.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

“Metropoliten tərəfindən bununla bağlı Tarif Şurasına heç bir müraciət olunmayıb və müraciət olunması gözlənilmir”, – deyə H. Məmmədov bildirib.