
NATO-nun Baş katibi Mark Rutte Avropa İttifaqı (Aİ) liderlərini Türkiyə ilə sıx əməkdaşlığa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Fevral ayında Rutte Aİ liderləri ilə özəl nahar zamanı onları Ankara ilə əlaqə saxlamağa dəvət edib. O, Avropanın güclü müttəfiqə ehtiyacı olduğunu deyib. Baş katib xüsusilə Avropanın tez bir zamanda yenidən silahlanması və Ukraynaya yardımı davam etdirməsi zərurəti kontekstində Türkiyənin silah sənayesinin əhəmiyyətini vurğulayıb”, – nəşr yazıb.
Günay Rəsulqızı
Globalinfo.az