Separatçılardan Rusiyaya gözlənilməz müraciət – Moskvanın yeni oyunu

“Moldovanın separatçı bölgəsi Dnestryanı Rusiyaya müraciət etməyə hazırlaşır. Separatçı bölgənin rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinə və Rusiya Federasiyasının Federasiya Şurasına müraciət edərək onlardan Dnestryanı bölgəsində yaşayan rusdilli əhalinin hüquqlarını qorumağı xahiş edəcəklər. Bu, Ukrayna ilə oxşar ssenaridir. Rusiya 2 il əvvəl olduğu kimi indi də bənzər üsulla hərəkət edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, Dnestryanının müraciəti Rusiya tərəfindən hazırlanmış oyunun tərkib hissəsidir:

“1) Rusiya Qərbə cavab vermək istəyir. İsveç və Finlandiya NATO-ya üzv olduqdan sonra Rusiya hansısa formada Qərbə cavab verməli idi. NATO-nun Şərqə doğru genişlənmək siyasətinə Rusiya Dnestryanı tutmaqla cavab verəcək.

2) Rusiya Ukraynaya ciddi dəstək gələcəyindən ehtiyat edir. Son zamanlar bəzi ölkələr, xüsusilə də Fransa Rusiyaya qarşı Ukraynaya NATO qüvvələrinin yerləşdirilməsini təklif edir. Rusiya bunun qarşısını almaq üçün cəbhəni genişləndirməyə çalışır.

3) Polşa və Baltikyanı ölkələr Ukrayna ilə bərabər Rusiyaya qarşı yeni ittifaq yaratmaq arzusundadır. Son zamanlar Polşa və Baltik ölkələrindən Rusiya əleyhinə kəskin açıqlamalar verilir. Hətta tərəflər arasında zaman – zaman diplomatik qalmaqallar da yaranır. Rusiya Moldovaya hücumla həm də bunun qarşısını almağa çalışır.

4) Martda Rusiyada prezident seçkiləri keçiriləcək. Putin Dnestriyanı Rusiyaya qatmaqla öz nüfuzunu daha da qaldırmaq və seçkiyə daha güclü və inamlı getmək niyyətindədir.

5) Putin hakimiyyəti varisinə ötürməyə hazırlaşır. Hazırda NATO Şərqə doğru genişlənməkdə davam edir. Putin özündən sonra xələfi üçün problemli məsələ saxlamaq istəmir. Dnestryanı məsələsi Rusiya üçün gələcəkdə problem ola bilər. Ona görə Putin vaxtında özü bu işi bitirmək istəyir.

6) Separatçı bölgələrin saxlanması Rusiya iqtisadiyyatına əlavə maliyyə yükü deməkdir. Dnestryanı Rusiyanın federal subyektinə çevrilərsə Rusiya onu mərkəzi vergi sisteminə qoşa bilər. Bu Rusiya büdcəsinin xeyrinə olacaq.

7) Dnestryanının tutulması Qara dənizdə Rusiyanın mövqeyini daha da gücləndirəcək. Rusiya Krımın təhlükəsizliyinin, həmçinin Ukraynada yeni işğal etdiyi bölgələrə gələcək təhlükələri dəf etmək üçün də mühüm əhəmiyyət kəsb edir.

8) Dnestryanının federasiya tərkibinə daxil edilməsi Ukraynaya Qərbdən hücum üçün də şərait yaradacaq. Bu bir daha onu göstərir ki, Rusiyanın niyyəti Ukraynanı tamamilə işğal etmək və onun bir dövlət kimi varlığına son qoymaqdır”.

Ekspert hesab edir ki, Dnestryanı bölgəsində kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib:

Dnestryanıda təxribatçı “qurultay” - Moldovaya qarşı müharibə riski artır - Ayna.az

“Dnestryanı rəsmən sosialist rejimlə idarə olunur. Bu ərazidə Karl Marksın və Vladimir Leninin fikirləri rəsmi dövlət ideologiyası olaraq qəbul edilir. Dnestryanıda hələ də kolxozlar mövcuddur və onlar bu gün kənd təsərrüfatının inkişafında əvəzsizdir. Rusiya liberal bazarı və Dnestryanının sosialist sisteminin necə birləşəcəyi də bir başqa müzakirə mövzusudur.

Ehtimal ki, Rusiya da buradakı sistemə çox da müdaxilə etməyəcək. Kolxoz sistemi saxlana bilər. Ola bilər ki, bunlar ailə kooperativlərinə çevrilsin. Ancaq marksizm-leninizm ideologiyasından imtina ediləcəyi aydın məsələdir. Dnestryanı rusları mühafizəkar təbiətə malikdir. Bu bölgədə əsasən kənddə məskunlaşma yüksək səviyyədədir.

Dnestryanını gözəlləşdirən digər bir təbii gözəllik isə zəngin bulaqlarıdır. Dnestryanı Rusiyaya diplomatik dəstək üçün müraciət edib. Ancaq bu diplomatik dəstəyin hərbi istila ilə bitəcəyi gözlənilən məsələdir.

Ehtimal ki, növbəti mərhələdə Dnestryanıdakı separatçı rejim Rusiyanın yeni federal subyekti olmaq üçün müraciət ünvanlayacaq və bununla da Putinin növbəti istilası gərçəkləşəcək”.

Turan Rzayev
Globalinfo.az