Avropa İttifaqı (Aİ) Ermənistan üçün yeni iqtisadi dəstək paketini müzakirə edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyasının sədri Ursula fon der Layen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığının baş tutması planlaşdırılır:
“Danışıqlarda Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda mümkün dəstək mexanizmləri müzakirə olunacaq. Avropa İttifaqı İrəvana maliyyə yardımının artırılması və erməni istehsalçıları üçün xüsusi ticarət güzəştlərinin tətbiqi imkanlarını nəzərdən keçirir. Söhbət xüsusilə Avtonom Ticarət Tədbirləri çərçivəsində bəzi məhsulların gömrüksüz və kvotasız şəkildə Aİ bazarına çıxarılması imkanından gedir”.
Qeyd edək ki, Rusiya bir sıra meyvə və tərəvəz məhsullarının Ermənistandan idxalını dayandırıb.
Safura Bənnayeva
Globalinfo.az