Rusiyanın məkrli planı: Xersondan buna görə çıxıblar, yüz minlərlə insan təhlükədə… – İDDİA / FOTO

Xəbər verdiyimiz kimi, Rusiya qoşunlarını ilhaq etdiyi Xerson şəhərindən çıxarıb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusunun geri çəkilməsi böyük məğlubiyyət kimi qiymətləndirilsə də, Putinin bölgə ilə bağlı məkrli planı olduğu iddia edilib.

Peyk fotoşəkillərində böyük dağıntıya məruz qaldığı görünən Xersondakı bəndin daşqınlara səbəb olacağı və bölgədəki minlərlə ukraynalının böyük fəlakətlə üzləşəcəyi bildirilib.

“Putinin ordusu Xersondan geri çəkilərkən geridə böyük dağıntı qoyub. Həm şəhərə daxil olan ukraynalı əsgərlər, həm də bölgənin peyk görüntüləri bu dağıntını təsdiqləyib. Görüntülərdə Dnepr çayı üzərindəki Nova Kaxovka bəndinin mühüm hissələrinin ciddi şəkildə zədələndiyi görünür. Bu zərərin rus əsgərləri tərəfindən qəsdən törədildiyi təxmin edilir. Şəhər və ətrafdakı dağıntılar əslində daha böyük bir fəlakətin xəbərçisidir. Çünki bölgənin ən qiymətli bəndinin zədələnməsi böyük su apokalipsisinə səbəb ola bilər. Regional ekspertlər bildirirlər ki, bənd uçarsa, tək Xerson deyil və çayın yaxınlığında yaşayan yüz minlərlə insan sel fəlakətləri ilə üzləşə bilər”, – deyə məlumatda qeyd edilib.