“Ukrayna mövzusunu bağlamasaq, Ermənistanla problemlər yaranacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.
“Problemlər çoxdur, hamı sadəcə Ukrayna məsələsinin necə bitəcəyini gözləyir. Əgər biz Ukrayna mövzusunu bağlamasaq, Ermənistanla, eyni zamanda bizi əhatə edən digər ölkələrlə problemlər yaşayacağıq. Çox maraqlı məsələlər var”, – deyə Tolstoy vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az