Rusiyada polislə silahlılar arasında atışma: ölənlər var

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.

Hadisə yerindən kustar üsulla hazırlanmış bomba aşkarlanıb.