Nijni Novqorod hava limanının polis idarəsinin rəisi, polis polkovnik-leytenantı Namiq Musayev rüşvət almaqda və qanunsuz miqrasiya kanalı təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyri-rəsmi məlumatlara görə, qanunsuz sxem çərçivəsində 12 polis əməkdaşı cəlb olunub. Onlar arasında rollar əvvəlcədən bölüşdürülüb – bəziləri rüşvət alıb, digərləri isə rəis Musayevin qanunsuz tapşırıqlarını yerinə yetirib.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, istintaq davam edir və daha geniş miqyaslı cinayət əlaqələrinin aşkarlanması istisna edilmir.
Tahir Turan