Rusiyada avro və dollar bahalaşdı

Rusiyada prezident seçkiləri fonunda avro və dollar bahalaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat dərc edib.

Məlumata görə, avro 2023-cü il dekabrın 28-dən bəri ilk dəfə 1,2275 rubl bahalaşaraq 101 rublu ötüb.

Agentliyin məlumatına görə, seçki Rusiyada dolları da bahalaşdırıb.

ABŞ dollarının məzənnəsi 92,6275 rubl təşkil edib ki, bu da əvvəlki səviyyədən 93,75 qəpik yüksəkdir.

Əliyar Xəlil
Globalinfo.az