Rusiyada 13 nəfər attraksionda köməksiz vəziyyətdə qaldı – VİDEO

Rusiya Federasiyası Kabardin-Balkar Respubliskasının paytaxtı Nalçik şəhəhirində parkda texniki səbəblərə görə havada dayanan attraksiondan 13 nəfər xilas edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin əməkdaşları insanların atraksiondan yanğın nərdivanına enməsinə kömək ediblər.

Ölən və yaralananlar olmayıb.