lavrov sened

Qərb çalışır ki, Rusiyanın İrəvan və Bakı arasında vasitəçilik səylərini dağıtsın.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O bu səylərin məhsuldar olmayacağını bildirib.

Nazirin sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycana sərhədlərin delimitasiyası məsələsində kömək edir və tərəflərə sülh müqaviləsinin əldə edilməsində də dəstək göstərəcək.

Lavrov Praqa görüşündə Ermənistanın Alma-Ata bəyanatına razılıq verməklə Qarabağın statusu məsələsini heç bir şərtsiz həll etdiyini də deyib:

“Alma-atı deklarasiyası bütün müttəfiq respublikaların SSRİ dövründə ölkələr arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etməsidir. Başqa sözlərlə Dağlıq Qarabağ Muxtar Vilayəti o zamanlar birmənalı Azərbaycan SSR-nin tərkib hissəsi idi və bu, Azərbaycan, Ermənistan, Fransa və cənab Mişel tərəfindən heç bir şərtsiz təsdiqlənib. Bu, Qarabağın statusuna necə yanaşılması məsələsini həll edir”.

Rusiya XİN rəhbəri Qarabağın statusunun gələcək nəsillərə saxlanması gərəkdiyini fikrini yenidən gündəmə gətirib:

“Soçidə oktyabrın sonundakı görüşdə biz istəyirdik bu məsələyə qayıdaq və başa düşək ki, tərəfdaşlarımız belə alicənab anlayışla bütün məsələləri həll edib, Qarabağın statusunu sonraya saxlamaq üçün hərəkət etməyə hazırdırlar. Lakin Prezident Əliyev və Baş nazir Paşinyan Praqadan həmin sənədi gətirmişdilər, hansı ki, orada onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində dəqiq yazılıb ki, mən artıq bunu qeyd etdim, yeni dövlətlər arasındakı sərhədlər keçmiş SSRİ-nin ittifaq respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq, harada ki, Dağlıq Qarabağ Muxtar Vilayət birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsidir. Ona görə də, bu razılaşmanı imzalayaraq bizim erməni həmkarlarımız deyirlər qoy Rusiya Qarabağın statusu ilə bağlı öz təklifini təsdiq eləsin. Başa düşürsünüz ki, bu, bir az danışıqların aparılması operasından yox, başqa operadandır”.

X X X

Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir”, – Lavrov deyib.

İlkin
Globalinfo.az

Paylaş: