“Fransa Cənubi Qafqazda kəşfiyyat məlumatları toplamağa və region ölkələrini izləməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əgər əsl məqsəd sülh və təhlükəsizliyi təmin etmək olsaydı, bu zaman Paris Azərbaycan və Ermənistan arasındakı razılaşmalara əməl olunması üçün əlindən gələni əsirgəməzdi.
“Fransanın Cənubi Qafqaz regionunda mövcudluğu kəşfiyyat məlumatları toplamağa, region dövlətlərini izləməyə və ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlib. Əgər əsl məqsəd sülh və təhlükəsizlik olsaydı, o zaman Fransa 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi”.
Diplomat bildirib ki, Cənubi Qafqazın gələcəyi Fransa üçün maraqlı deyil.
“Bu, sadəcə olaraq sövdələşmədir. Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki uğursuzluqlar fonunda Fransa öz rifahını və reputasiyasını qorumağa çalışır”, – deyə Zaxarova vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az