Putin və Pezeşkian hərtərəfli tərəfdaşlıq haqqında saziş imzalayıb.
Globalinfo.az xəbər verir ki, sənəd İran prezidenti Məsud Pezeşkianın Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanıb.
Bu sənəd hələ 2001-ci ildə imzalanmış Rusiya və İran arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sazişi əvəz etmək üçün nəzərdə tutulub.
Yeni saziş üzərində iş 2022-ci ildən aparılır.
Müşviq Tofiqoğlu
Globalinfo.az