Rusiya Ukraynadan birləşdirdiyi 4 regionda hərbi vəziyyət elan etdi

Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib.

O, Ukraynadan birləşdirilən “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin elan olunması barədə fərman imzaladığını söyləyib.