moskva

“Rusiya Ukrayna ilə bağlı vəziyyətin nizamlanması üçün müvafiq memorandum üzərində işləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Moskvanın istənilən halda təkliflərini Kiyevə təqdim edəcəyini söyləyib:

“Biz danışıqların tərəfdarıyıq, müzakirələrin ikinci raundu da olacaq. Qarşı tərəf də bunu təsdiqləyib. Biz proses üzrə işi davam etdiririk, lakin Kiyevdə bununla bağlı vəziyyətin necə olduğunu bilmirəm. Hər halda, razılaşdırıldığı kimi bu memorandumu ukraynalılara təhvil verəcəyik və onların da eyni şeyi etmələrini gözləyirik”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: