1715763397 1715762509 rusiya

“Ukrayna müharibəsində iştirak etməmək üçün Rusiyadan qaçan 666 min nəfər geri qayıtmayıb”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “The Bell” saytı yayıb.

Sayt yazır ki, ruslar ən çox Ermənistan, Qazaxıstan və Gürcüstana gedib. Siyahıda ABŞ da yer alır ki, bura gələn 48 min rusun böyük hissəsi siyasi sığınacaq üçün müraciət edib.

Ukrayna müharibəsindən qaçan rusların ən çox üz tutduğu ölkələr arasında Türkiyə də var. Lakin buradakı iqtisadi böhran və Türkiyə hökumətinin ruslar üçün yaşayış icazəsinin müddətini uzatmaqdan imtina etməsi, onları bu ölkədən başqa yerə yönlənməyə vadar edib.

Məlumata görə, müharibədən sonra Rusiyanı tərk edən rusların sayı ümumi əhalinin 0,5%-i qədərdir. Lakin bu iddianı təsdiq edən rəsmi mənbə yoxdur. Ölkədən kütləvi axın həm də beyin köçü hesab edilir. Bu baxımdan hazırda Rusiyada kadr çatışmazlığının yaşandığı bildirilir.

Rusiya Əmək Nazirliyinin dəyərləndirməsinə əsasən, 2030-cu ilə qədər ölkədə 2,4 milyon civarında işçi çatışmazlığı olacaq. Eyni zamanda ölkənin demoqrafik çətinliklə üzləşmə riski də var.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: