Ermənistan ikisindən birini seçməlidir: ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiyanın mövqeyi əvvəldən bəlli idi: ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı. Hər ikisinə eyni anda üzv olmaq mümkün deyil. Və bu Rusiya tərəfinin mövqeyi deyil, obyektiv reallıqdır. Çünki heç bir dövlət eyni anda iki birliyinin tərkibində ola bilməz”, – Kopırkin deyib.
“Reallıqlar var – Ermənistanla AİB arasında əməkdaşlıq kimi. Rusiya isə ölkənin iqtisadi inkişafında əsas amillərdən biridir, statistika da bunu sübut edir. Avropa İttifaqının aqibəti necə olacaq, bunu zaman göstərəcək. Hələ ki Ermənistan və Avropa İttifaqı arasında ticarət dövriyyəsinin dinamikası mənfiyə doğrudur”, – səfir əlavə edib.
Xatırladaq ki, fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması barədə qanun layihəsini ilk oxunuşda təsdiq edib.
Aysel Əliyeva
Globalinfo.az