putin zelenski 5

Rusiya qışı Ukraynaya qarşı silah kimi istifadə edə bilməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Qışın gəlişi ilə Moskva Ukraynanın enerji təminatını bombalamağa başladı ki, ölkəni dizüstə qoysun. Putin çalışır ki, qışı silah kimi istifadə etsin, amma bunu bacarmayacaq”, – o bildirib.

Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Feysbuk səhifəsində təcili informasiya paylaşıb. Rəsmi Kiyev Moskvanın yeni gizli səfərbərlik dalğası tədbirlərinə başlayacağını bildirib. Moskvanın əsgərlərin toplanmasına dekabrın 10-dan başlayacağı qeyd edilib.

ABŞ-nin Müharibə Tədqiqatları İnstitutu isə savaşın tempinin yaxın zamanlarda yüksələcəyini iddia edib. Təşkilata görə, havanın temperaturu və yağışlara görə aşağı düşən aktivlik torpağın donması ilə sürətlə yüksələcək. Bununla belə tərəflərdən hansının genişmiqyaslı əks-hücum əməliyyatı aparacağı açıqlanmayıb.

İlkin
Globalinfo.az

Paylaş: