moskva baki

Qabil Hüseynli: “Azərbaycan Ermənistan kimi ən kiçik hadisə qarşısında Kremldən imdad diləmir”

“Stepan Qriqoryanı yaxşı tanıyıram. Onun bir çox fikirləri ilə də tanışam. Onun BBC News-a müsahibəsi bir çox baxımdan qərəzli və manipulyasiya xarakterlidir. Misal üçün onun “Rusiya Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə qərarlar qəbul etdi” iddiası heç bir halda həqiqətə sığmır”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistan Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryanın BBC News Azərbaycancaya müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Stepan Qriqoryanın sabit bir fikri yoxdur:

Qabil Hüseynli: “Nikol Paşinyan kimi Anna Akopyanın da pisixi problemləri  var”

“Misal üçün, o qeyd edir ki, “Qarabağlıların vəziyyəti çox ağırdır. Mən onları mövqelərinə görə qınamıram. Onlar Rusiyanın köməyi ilə xilas olmaq istəyirlər. Lakin, mənə elə gəlir ki, bu yol tamamilə Qarabağın itirilməsinə gətirəcək”. Halbuki hər kəsə məlumdur ki, Qarabağ ermənilərinin vəziyyəti Ermənistandakı bir çox ermənidən yaxşıdır. Erməni lobbisi, diasporu və təbii ki, Rusiya sülhməramlıları Qarabağ erməniləri üçün əllərindən gələni edir.

Ümumiyyətlə, diqqət etsəniz, Qriqoryanın müsahibəsi büsbütün antirusiya çıxışları ilə əhatə olunub. Digər tərəfdən, o, sanki Rusiyanın Azərbaycanı dəstəkləyir deyərək “Bakı-Moskva” müttəfiqliyi eyforiyası yaratmağa çalışır.

Misal üçün, deyir ki, “Putin özü artıq Qarabağı, onun bir hissəsini Azərbaycana təhvil verib. Bu ki, dəqiqdir, bunu hamı bilir”. O zaman sual yaranır: nə oldu ki, Putin 27 il sonra Qarabağı Azərbaycana qaytarmaq istədi?

Düzdür, Rusiya və Putin regionda danılmaz bir gücdür, lakin bu o demək deyil ki, proseslər büsbütün Rusiyanın istəyi əsasında cərəyan edib. Ermənistan faktiki olaraq Rusiyanın proksi dövləti olduğu üçün digər ölkələri də özü kimi hesab edir. Qriqoryan da məhz bu təfəkkürdə olan insandır”.

Politoloqun sözlərinə görə, Qriqoryanın “Azərbaycan döyüşlə almayıb Kəlbəcəri, Berdzoru (ermənilər Laçını belə adlandırırlar-red.) Ruslar deyiblər: çıxın, planımız belədir” sözləri siyasi həyasızlığın son həddidir:

“Biz erməni politoloqların, rəsmilərin dilindən belə ifadələr eşitməyə artıq öyrəşmişik. Qriqoryan, görünür, proseslərin necə və hansı reallıqlar əsasında cərəyan etdiyini unudub. Rusiyanın xahişi olmasa idi, rəsmi Bakı həmin rayonları da Şuşa, Cəbrayıl, Qubadlı kimi hərbi qüdrəti ilə işğaldan azad edərdi. Azərbaycan humanizm göstərərək Kəlbəcər və Laçında yaşayan ermənilərin ərazini tək etməsinə imkan yaratdı. Halbuki 27 il öncə ermənilər bu ərazini işğal edəndə yerli əhaliyə qarşı soyqırım törətmişdi.

Azərbaycan heç bir ölkənin forpostu deyil. Rəsmi Bakının Rusiya ilə münasibətlərinə gəldikdə isə bu, siyasi proseslərə görə dəyişir. Misal üçün, bir müddətdir münasibətlərdə soyuqluq hiss olunur. Lakin Azərbaycan Ermənistan kimi ən kiçik hadisə qarşısında Kremldən imdad diləmir.

Bu gün Fransanın Ermənistana dəstəyi hələ Qərbin tam olaraq dəstəyi demək deyil. Qərbdə İtaliya, böyük Britaniya da var. Bu ölkələr də rəsmi Bakı ilə tərəfdaşdır. Qriqoryan yaxşı olardı proseslərə daha adekvat yanaşsın və hadisələri öz xəstə təxəyyülü ilə deyil, reallıqlar ilə baxsın”.

Turan Rzayev, Globalinfo.az

Paylaş: