Rusiya Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsini qətiyyətlə pisləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“İsrailin törətdiyi növbəti siyasi cinayəti qətiyyətlə pisləyirik. Bu aksiya Livan və bütün Yaxın Şərq üçün daha dramatik nəticələrə səbəb olacaq. Sonrakı eskalasiyaya görə bütün məsuliyyət İsrailin üzərinə düşür”, – deyə məlumatda vurğulanıb.

Paylaş: