Rusiya Ukraynanı Krımdan vurdu: Ölən və yaralanan var

Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasının cəmləşdiyi məkanlara havadan, raket və artilleriya zərbələri endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə Ukrayna ordusunun 140-a qədər əsgərinin öldüyü bildirilib.

Ukrayna Silahlı Qüvvələri isə rus ordusunun Krımdan Xerson vilayətinə dronlar vasitəsi ilə raket zərbələrinin endirdiyinə dair məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 68 yaşlı qadın həlak olub, oğlu isə yaralanıb.