Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket zərbəsi endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti bildirib.
Hücum zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.
“Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıblar. Təəssüf ki, onlar axtarış-xilasetmə əməliyyatları zamanı ölü tapılıb”, – məlumatda qeyd edilib.