İran və Rusiya buranı tutmaq istəyir – Türk ordusu nə edəcək?

“İran və Rusiya ABŞ-ın Suriyanın şimalından geri çəkilməsi istiqamətində hazırlıq görür”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyədə yerləşən Rusiya Araşdırmaları İnstitutu məlumat yayıb.

“Suriyada M4 quru yolunun Rusiyanın, İraqla sərhədin isə İranın nəzarətinə keçməsinə çalışılır. Bu iki ölkə Türkiyənin “təhlükəsiz zona” yaratmasını gecikdirmək və əraziyə öz qüvvələrini yerləşdirmək istəyirlər. Donald Trampın prezidentliyi zamanında ABŞ qüvvələri Menbicdən geri çəkilərkən rus qüvvələri sürətli hərəkət edərək Türkiyədən öncə bölgəyə yerləşmişdi. Həm İran, həm də Rusiya M4 quru yolunun Türkiyənin nəzarətinə keçməməsi üçün çalışırlar”, – məlumatda qeyd olunub.

Ayşən Mustafa
Globalinfo.az