owl detail 620 982483889a4477d01861e314b0ef4e9f

Rusiya Federal Şurası sədrinin müavini Konstantin Koşaçev Macarıstanın bir qrup rusiyalı diplomatı ölkədən çıxarması qərarını tənqid edib və Moskvanın buna cavab verəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, diplomatların ölkədən çıxarılması qeyri-dost addım sayılır.

“Bu dəfə bir neçə diplomatın eyni vaxtda çıxarılması daha sərt xarakterli və qarşıdurma yaradan qərardır”, – deyə o bildirib.

Koşaçev Rusiyanın Budapeştin qərarına uyğun tədbirlər görəcəyini də deyib:

“Macarıstanın qərarında Avropa İttifaqı (Aİ) və NATO çərçivəsində Brüsselin mövqeyinin təsiri var. Budapeştdən Rusiyaya qarşı siyasətə sadiqliyini nümayiş etdirməsi tələb olunub.

Macarıstan bu məsələdə Rusiya ilə normal münasibətlərin qorunmasının mümkün iqtisadi üstünlüklərindən daha çox Avropa həmrəyliyinə üstünlük verib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: