fec9b1c1 4989 4ee9 9e9b 74efe77a8aa7

Rusiya aprelin 5-dən etibarən Ermənistandan süd məhsullarının idxalını dayandırır.

Globalinfo.az xəbər verir ki, buna səbəb 2023-cü ilin 20-24 mart tarixlərində Ermənistandan Rusiyaya ixrac üçün hazırlanan süd məhsullarının istehsal olunduğu müəssisələrdə aparılan yoxlanış nəticələrinin mənfi olmasıdır.

Araşdırmalar zamanı Ermənistanın bu məhsullarda Rusiyaya tədarükü qadağan edilmiş İran istehsalı xammaldan istifadə etdiyi üzə çıxıb.

Qeyd edilib ki, məhsulların idxalının bərpa edilməsi yalnız Ermənistanın yol verdiyi pozuntunun aradan qaldırılması istiqamətində görəcəyi işlərdən sonra mümkün ola bilər.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: