Rus hərbçilər Ukraynada 773 uşağı yaralayıb

Rusiya hərbçilər Ukraynada 773 uşağı yaralayıb.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalında məlumat verilib.

“24 sentyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində ümumilikdə 1164-dən çox uşaq xəsarət alıb. İndiyədək 391 uşaq ölüb, 773-dən çox uşaq yaralanıb. Yaralılar müxtəlif dərəcəli xəsarət alıb”, – məlumatda deyilir.