İrəvan düşünür ki, hücum edən olmayacaq – Rus deputat

“Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq edirdi, görünür, vəziyyət dəyişib”.

Globalinfo.az xəbər xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə müdafiə sahəsində əməkdaşlığın keçmişdəki kimi ola bilməyəcəyi sözlərinə münasibət bildirib:

“İrəvan artıq müdafiəyə, status-kvoya ehtiyacının olmadığını düşünür. Yəni indi hər kəs silahlıdır, amma heç kim bir-birinə hücum etməyəcək. Bu o deməkdir ki, Ermənistan artıq özü üçün təhdid görmür, vəziyyəti təkbaşına idarə edə biləcəyi qənaətindədir. Yaxud da başqa biri onlara nə isə söz verib. Lakin bu bəyanatlar hamısı yaranmış çətin vəziyyətdən çıxış üçün Qərbə ünvanlıdır. Hər şey bitən kimi Ermənistan hərbi əməkdaşlıq tələbi ilə yenə bizə qayıdacaq”.

Ayşən Mustafa
Globalinfo.az