Rumıniyada Azərbaycan ancaq SOCAR-la tanınır – Səfir

“Azərbaycan tərəfi Rumıniyada az iş görür. Ölkəmizdə Azərbaycan ancaq SOCAR-la tanınır”.

Globalinfo.az xəbər verir ki, bunu Rumıniyanın ölkəmizdəki səfiri Vasili Soare Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında deyib.

Səfir bildirib ki,Azərbaycan həqiqətlərinin tanınması üçün daha çox iş görülməlidir:

“Daha yaxşı işlər görün, Azərbaycanı, mədəniyyəyini tanıdın. Əks təqdirdə Ruminiya sosial şəbəkələrində, mətbuatında təhrif olunmuş məlumatlar, məqalələr görə bilərsiniz. Məndən niyə belə şeylər yazıldığını soruşmayın. Mübarizə aparmaq lazımdır. Hər şeyin dorğusu göstərilməlidir. Biz sözlərdən əmələ keçməliyik. Azərbaycanı daha yaxşı tanıtmalı və müdafiə etməlisiniz. Ruminiyada bir çox tendensiyalara qarşı mübarizə aparmalıyıq. Gəlin daha çox iş görək. Təməl var, lakin çalışaq, nəticə əldə edək. Nəticə milyonlarla gəlir, uçuşlar olacaq”.

“Sentyabrda 365 rumın həkim Bakını sadəcə bir seminar üçün seçdilər. Artıq onların sayları artır. Biz buraya İstanbuldan uçuşla gəlirik. Bunun üçün 6 saat gözləyirk. Rumıniyada Azərbaycan mədəniyyətini təmsil edən yoxdur? Niyə? Nəyə görə Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli kimi nümayəndələrini tanıyan yoxdur? Nə üçün Azərbaycan ədəbiyyatı rumın dilinə tərcümə olunmur?”.

Ayşən Mustafa
Globalinfo.az